"Bunun əsas səbəbi bəzi insanların vaksinasiyaya olan inamsızlığından qaynaqlanır və bu yolu tutanlar əsasən qeyri-ziyalı təbəqəsindən olanlardır”.
Medicina.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında tibb elmləri doktoru, infeksionist Vüqar Cavadzadə Azərbaycanda bəzi vətəndaşların pandemiya ilə mübarizə fonunda peyvənd olunmaqdan qaçaraq, neqativ yollara əl atmaqla saxta vaksinasiya sənədi almağa meyil etməsinin səbəblərindən danışarkən deyib.
İnfeksionist bildrib ki, bu yolu tutan insanlar vaksinin effekt verəcəyinə əmin deyil:
"Bir çox insanlar qısa zamanda vaksinlərin hazırlanması səbəbini əsas gətirərək onun keyfiyyəti və effektivliyinə inanmırlar. Məhz inamın olmamasının nəticəsidir ki, bəzi insanlar peyvənd olunmaq istəmir və yaxud da neqativ addımlarla saxta peyvəndləmə sənədi alırlar. Ancaq bu cür düşünən insanlar elə də çox deyil”.
Bu müstəvidə həkim qeyd edib ki, cəmiyyətin ziyalı təbəqəsi daha doğru yoldadır:
"Ziyalılar və düşyagörüşü yüksək olanların mütləq əksəriyyəti peyvəndi virusdan xilas olmağın yeganə çıxış yolu sayaraq vaksinasiyadan keçir. Tibb işçilərinin demək olar ki, hamısı vaksinasiyadan keçib. Peyvənd olunmaq istəməyən və neqativ yollarla saxta peyvənd sənədi almaq istəyənlərin əksəriyyəti məhz koronavirus barədə ümumi anlayışı olmayan dar təfəkkürlü insanlardır”.
SAXTA SENEDLER COX OLUR
AZIMOVA