Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Saxta plandemiya" nə qədər davam edəcək, vaksinləşmənin sonunda nələr olacaq?– Həkimdən YENİ FAKTLAR

  • 2021.09.14 18:53
  • 27466 Baxış
“Saxta plandemiya" nə qədər davam edəcək, vaksinləşmənin sonunda nələr olacaq? – Həkimdən YENİ FAKTLAR

İnsanları xəstələndirən virus deyil, kütləvi surətdə hava, su ilə yayılan kimyəvi maddələrdir
Hər dəfə toksiki maddələri havaya, suya, dənizə səpib, süni dalğa yaradırlar.



“Kovid 19” kodlu yalançı plandemiya (pandemiya) 2020-ci ilin martında ÜST tərəfindən hüquqi normalara, beynəlxalq qaydalara zidd olaraq ÜST Assambleyasının rəsmi icazəsi və təsdiqi olmadan elan edilib.
Bunu elan edən ÜST rəhbəri idi, o da öz iradəsi ilə bunu etməyib.


Hazırda zorla bəşəriyyətə təqdim olunan pandemiya saxta, əsassız və qeyri-qanunidir.

Medicina.az xəbər verir ki, bu fikirləri tanınmış həkim psixiatr, müstəqi tibbi ekspert Abdulla Şıxlinski pandemiyanın neçənci ilə qədər davam edəcəyi barədə əldə etdiyi faktları bölüşərkən deyib.

O, peyvəndləmə bitdikdən sonra Yer üzünü nələr gözləyəcəyini saytımıza açıqlayıb.

“Pandemiya başlayandan dünyanın heç bir ölkəsində xəstə və ya ölənlərin bioloji materialında, ağciyərlərində indiyə kimi koronavirusu aşkar etmək mümkün olmayıb.

2020-ci ilin martında dünyanın müstəqil alimləri ÜST-ə müraciət edərək xəstələrin məhz koronavirusdan ölməsini sübut edəcək tibbi materiallar təqdim olunmasını tələb edirlər. Lakin hələ də ÜST susur, heç nə təqdim etməyib.
Çünki pandemiyanın səbəbi dedikləri kimi yarasadan keçən təbii virus deyil.

Bu Qərb dövlətlərinin xüsusi xidmət orqanlarının laboratoriyalarında hazırlanmış, ağciyərlərdə patoloji proses yaradan kimyavi maddələrdir. Bu haqda ilk dəfə rus alimi pulmonoloq akademik Çuçalin qeyd edib ki, insanları xəstələndirən virus deyil, kütləvi surətdə hava, su ilə yayılan kimyəvi- toksiki maddələrdir. Bu kimyəvi maddələrin adı məlumdur – azot dioksid, berillium-ftorid. Onlar iri ticarət mərkəzlərinə, metrolara, küçələrə, su mənbələrinə, dənizə səpilir. Su mənbələrinə səpilən maddənin adı Dezaviddir.


Onlar ağciyərlərə çökərək “Toksiki pnevmonit” deyilən ağır proses yaradır, bu həkimlərin dediyi kimi buzlu şüşə, pnevmoniya deyil, tamam ayrı xəstəlikdir.

Toksiki pnevmonit ağciyər alveollarının damar divarınını zədələnməsidir.

Bu haqda da Polşa, İsveç, Belçika kütləvi informasiya vasitələri 6 ay əvvəl məlumat yayıblar. Hətta bu maddələri səpən təyyarənin pilotunun məhkəməsi olmuşdu və pilot faktlar açıqlayıb, yüksək səviyyədə aldığı əmri icra etdiyini bildirmişdi.

Həkim epidemioloq, professor Aleksandr Redko, Oksford universitetinin professoru Şon Bruks, Avstriya mikrobioloqu Aleksandt Belskiy də insanların toksiki kimyəvi maddə ilə yoluxdurulduğunu açıqlayıblar.

Elan edilən heç bir dalğa əslində mövcud deyildir. Kimyəvi toksiki maddələrin növbəti yayılması, səpilməsi ilə dalğalar reallaşır, insanlar xəstələnir, ən pisi oduir ki, hər dalğada insanlar daha da çarəsizliyini hiss edir, qorxunun əsiri olur. Harda qorxu varsa, orda sakitlik, ram olmaq var, orada insanı istənilən şeyə inandırmaq asandır.


İndi insanların burun boğazına PZR analiz üçün salınan test Amerikan alimləri Drostman və Morris tərəfindən QİÇS xəstələrini analiz etmək üçün kəşf edilib, hazırda bunu insanlara kovid testi kimi sırıyırlar.
Bu testlərin tərkibində kanserogen maddənin olması da məlumdur”.


Maska, təcrid, sosial məsafə, qorxu dolu xəbərlər insanları bir-birindən ayırmaq, ümidsizləşdirmək üçün tətbiq olunan psixoterror texnologiyalarıdır. Həkim bildirir ki, bunlar psixologiyada çoxdan məlum olan təsir silahlarıdır.


"Kovid plandemiyası layihəsinin atributları – maska, testlər, qanda antitel analizi, spirt, sosial məsafə heç bir elmi əsası olmayan məsələlərdir. Bunlar insanları xaos və qorxu altında saxlamaq üçündür.

Bu texnologiyalar Pentaqonun Psixofizioloji mərkəzində hazırlanıb və Quantanama həbsxanasında tətbiq olunurdu.
Bu haqda məşhur rus politoloqu Andrey Fursov son çıxışlarında məlumat verib.

“Koronavirus adlı əjdaha yalnız qlobalistlərin komputerində mövcuddur. Həyatda elmdə heç bir virusoloq koronavirusu bu vaxta qədər görməmişdir. Yalançı pandemiyanın təminatında neyrolinqvistik proqramlaşma adlanan psixotexnologiyadan geniş istifadə olunur”.

İndi əhaliyə vurulan vaksinlərin hamısı bir əldən hazırlanıb, vahid tərkibdədir. Onların arasında yaxşısı pisi yoxdur.
Qlobal mərkəzin diktəsi ilə insanları yanıltması üçün vaksinləri ayrı-ayrı istehsalçılar istehsal edib.
Vaksinlərin yeridilməsində yeganə məqsəd dünya əhalisinin sayını xeyli azaltmaqdır.

Vaksinlərin stabil tərkibə malik olması və əslində heç bir xəstəlikdən qorumaması barədə immuniloq, kimyaçı alim Yelena Kriçenko Rusiya Müstəqil Həkimlər Assosiasiyasının müşavirəsində 30 dəqiqəlik çıxışında məlumat verib.

Qlobalistlərin planlarına görə, Kovid layihəsi 2080-ci ilə kimi davam etməlidir.

Bu maksimum plandır, əgər plan istədikləri kimi getməsə bu qədər çəkəcək. Minimum plana görə, 2023-cü ilə qədər bütün dünya əhalisi vaksinləşsə, proyekt dayana bilər. Hazırda bütün qüvvələr buna səfərbər olunub.

Dünya əhalisinin sayı 2080-ci ilə kimi ciddi şəkildə azalacaq.
Cəmi 2 milyard insan qalmalıdır, yalnız bundan sonra “korona,kovid” sözləri unudulacaq.


İlk növbədə şərq xalqlarının – türklər, ərəblər, taciklər, yəni qarayanız insanların sayı azaldılmalıdır.
Qlobalistlər bu xalqları lazımsız hesab edir. Şərq xalqları onlar üçün təhlükədir. Nə qədər qəribə səslənsə də yəhudilər də bu siyahıya daxildir.

İnsanların çoxu savadsızdır, alimlərin, həkimlərin bir çoxu diplomunu 90-cı illərdə korrupsiya yolu ilə alıb. Elmdən bixəbər alim cəmiyyətdə savadsız insanlara nəyi başa salacaq? İnsanlarda sistem təfəkkürü inkişaf etməyib, tibb sahəsində alimlərimiz yoxdur və ya susublar.

İndi ilk baxışdan ağıllı görünən ziyalılar belə Qlobal İnternal qüvvələrin dünya əhalisinin sayını azatlmaq planına və pandemiya oyununa inanmaq istəmirlər.

İnsanlar düşünməyi yadırğayıb, onlar hər şeyin tezliklə bitəcəyini, əgər peyvəndlənsələr həyatın əvvəlki kimi olacağını gözləyirlər.

Çox vaxt ətrafımızdan bu sözləri eşidirəm: Axı biz nə edə bilərik? Belə bir acizlik vəziyyətində Qlobal qüvvələr insanları daha asan nəzarətə alır, dünyanı bir əldən, bir nöqtədən idarə etməyə başlayıblar.

Etiraf və qəbul etməliyik ki,III Dünya müharibəsi artıq gedir, bu müharibə kimyəvi silahla aparılır, müharibənin kodlaşmış adı KORONAVİRUSDUR.


Təəssüf ki, insanlıq Qlobal qüvvələrin təşkil etdiyi və uzun illərdir üzərində işlədiyi bu imtahandan uğurla çıxa bilmədi. Elə ilk həmlədən təslim oldu”.

Medicina.az