Elan olunmayan III dünya müharibəsini artıq Rusiya-Ukrayna müharibəsi müstəvisinə keçirtdilər. Ona görə də pandemiya arxa plandadır
“Mən 2 ildir deyirəm, yenə də təkrar edirəm, koronavirus pandemiyasının tibbə aiddiyyatı yoxdur. Artıq insanlar baş verənləri müşahidə edib başa düşdülər ki, bu siyasi bir plandır. 2 ildir ki, qlobalistlər pandemiyanı III dünya müharibəsi əvəzi ortaya atıblar.
III dünya müharibəsini artıq Rusiya-Ukrayna müharibəsi müstəvisinə keçirtdilər. Ona görə də pandemiya arxa plana keçib".
Medicina.az xəbər verir ki, bu sözləri saytımıza tanınmış həkim, tibbi ekspert Abdulla Şıxlinski bu yaxınlarda pandemyanın bitəcəyi barədə xəbərləri şərh edərkən deyib.
May ayında,Omikrona görə pandemiyanın zəifləyib, tam aradan getməsi barədə proqnozlara münasibət bildirən ekspert qlobal qüvvələrin planlarının başqa olduğunu bildirib. O, qlobal qüvvələr kimlərdir sualına da aydınlıq gətirib.
“Qlobal qüvvə deyəndə biz uydurma, mücərrəd bir şeyi nəzərdə tutmuruq. Qlobal qüvvə dünyada mövcud olan 300-lər strukturu, Dib dövləti, dünya dövləti deyilən – dünyanı idarə edən milyarder bankirlərin gizli qurumudur.
300-lər komitəsi dünyanın ən zəngin oliqarx nəslinin təşkil etdiyi qurumdur. Bura Rokfeller, Kennedi. Bill geyts, İlon Mask və s. daxildir.
Məşhur rus iqtisadçısı Valentin Kotosonov onlara dünya pullarının sahibləri deyir. Bütün dünya banklarındakı vəsaitlər bunların əlindədir. Banklarda pulu olan insanların hamısı onların nəzarətinə keçir. Bu komitənin verdiyi qərar dünyanın bütün ölkələri tərəfindən məcburi qəbul edilir.
Əgər qəbul edilməsə, o ölkəyə məxsus resurslar, hesablar dondulur, ölkənin oliqarxları müflisləşir, iqtisadiyyatı çökür.
Ona görə bütün dövlətlər onların pandemiya planına qarşı çıxmadı, çünki qarşı çıxanları sanksiyalar gözləyirdi.
Pandemiya III dünya müharibəsinin başlanğıcı idi, onun kod adı Koronavirusdur.
2 həftə əvvəl Rusiyada TV verilişdə açıq şəkildə bəyan etdilər ki, pandemiyaya gərək yox idi, saxta elan olunub. ÜST rəhbəri Assambleya səsverməsi olmadan şəxsən özü elan edib.
İndi də ona tapşırıq veriblər ki, çıxıb pandemiyanın bitməsini elan edəcəksən. O, heç bir qərara cavabdeh deyil. O qlobalistlərin meydana atdığı bir fiqurdur.
ÜST -ün yaxın aylarda pandemiyanın bitməsini elan edəcəyini gözləməyin əsası yoxdur. Azərbaycanda bəzi həkimlər çıxıb proqnoz verir ki, guya az qalıb virus zəifləyib, bitəcək. Bu məlumatlar sadəcə dezinformasiyadır.
Biz hələ bilmirik ki, rəsmi olaraq pandemiyanın bitməsi nə vaxt elan ediləcək.
Bu II mərhələnin, yəni müharibənin nəticəsindən asılıdır.
Məşhur ekspert Andrey Fursovun proqnozlarına görə bu müharibədə konflikt zonaları genişlənəcək, digər sərhəd ölkələrə keçəcək.
Qlobal qüvvələrin elan etmədiyi, amma faktiki olaraq başladığı III Dünya müharibəsinin birinci raundu pandemiya, II hissəsi Ukraynadır.
Andrey Fursov bildirib ki, III dünya müharibəsi xəstəxana palatalarından hərbi tranşeylərə keçib.
Pandemiya bitəcəkmi, gələcəkdə bizi nələr gözləyir?
Pandemiya layihəsi müvəqqəti olaraq dayandırılıb, hərbi müharibəyə üstünlük verilir. Sonra nə olacaq, biz bilmirik. Daha doğrusu təxmin edilir, amma bunu açıqlaya bilmərəm.
Bu layihələr dünya əhalisinin sayının azaldılmasına xidmət edir.
Pandemiya bitsə də, bitməsə də bu plan davam edəcək.
Gələcəkdə kovid peyvəndi məcburi peyvənd cədvəlinə daxil edilib və hər il böyüklərə və uşaqlara vurulacaq.
Koronavirusun bundan sonra guya adi qripə çevrilməsi barədə nağıllar hələ 1 il davam edəcək.
Burda 2 məqsəd var. Əgər belə açıqlamalar olmasa, insanlar sual edər ki, kovid hara yoxa çıxdı. Əgər belə bitəcəkdisə, onda niyə bizi vaksinləşdirdiz, niyə karantin etdiz?
İndi kovid təbliğatçıları olan satılmış həkimlər çıxıb deyir ki, koronavirus o qədər zəifləyib ki, adi qripdən də zəif olacaq. Əslində isə təbii koronavirus elə əvvəldən zəif patogen oluib.
Həqiqətdə qrip koronavirusdan qat-qat güclü, ağır virusdur. Sadəcə illər ərzində insanlara elə çatdırıblar ki, guya yüngüldür. Qrip ağırlaşmasından hər il yüz minlərlə insan ölür, niyə pandemiya elan etmirlər?
Bunlar hamısı tutuquşu kimi əzbərlənmiş sözlədir.
Bütün bu məsələlərin üstünü necəsə ört-basdır etməlidirlər. Heç kim etiraf etməyəcək ki, pandemiya oldu keçdi. Keçdisə bu qədər test, karantin, vaksinlər, dərmanlar nə üçün idi?
Bəs plandemyanın əvvəlində birağızdan deyirdilər ki, kovid ölümcüldür, əbədi bizimlədir. Nə oldu?
Son olaraq qeyd edim ki, pandemiyanın davam edəcəyi və ya bitəcəyi müharibənin nəticəsindən çox asılıdır.
Amma nə olursa olsun, dünya əhalisinin sayının azaldılması davam edəcək, ola bilər yeni saxta pandemiyalar elan olunacaq. Çünki qlobalistlərin insanlığa qarşı planı hələ davam edir.
Aygün M
Bakupost