Bir çox ölkələrdə saxta koronavirus testi adı altında başqa testləri satılması halları aşkar olunmaqdadır.
Medicina.az xəbər verir ki, MOskva ətrafında 3 nəfər tərəfindən saxta testlərin satılması aşkar olunub və onlar saxlanılıb.
Onlardan 350 ədəd test götürülüb. Dələduzlar testin birini 2300 rubla satırdılar.
Məlum olub ki, koronavirus testi altında içinə naməlum maddə doldurulmuş adi analiz vacuum probirkaları satılıb.
Saxta testləri satanlar barədə istintaq araşdırması başlanılıb.