Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Saxta baldan gələn qorxunc təhlükə - "botulizm"ə səbəb olur

  • 2019.05.25 12:04
  • 5273 Baxış
Saxta baldan gələn qorxunc təhlükə - "botulizm"ə səbəb olur

2 min 500 ildən çoxdur ki bal dünyanın az qala hər yerində
istifadə edilir. Təəssüf ki, min bir dərdin dərmanı bu təbii vasitənin də saxtası da hazırlanır.

Balın 40-dan çox növü var. Tərkibində bol miqdarda minerallar və vitaminlər var. Müalicəvi xüsusiyyəti ilə birçox xəstəliklərin əlacıdır.
Balın dadı və rəngi arıların daha çox hansı çiçəkdən şirə çəkdiyindən aslıdır. Tərkibində 13-20 faiz su, 80 faizdən çox karbohidrat, 0.4 faiz zülal, 0.3 faiz kül var. Bundan başqa tərkibinə üzvi turşular və fermentlər də daxildir.

 

 

Medicina.az mövzu ilə bağlı faydalı məlumatları təqdim edir.

 

 Bal daha çox müalicə məqsədilə, eyni zamanda, dadlandırıcı və qoruyucu kimi qənnadı sənayesində istifadə olunur. Bəzən tərkibində bakteriya, kif və maya göbələklərinə də rast gəlinir. Bu mikroorqanizmlərin miqdarı balın keyfiyyəti və təhlükəsizliyinə təsir edir. Lakin bakteriya və mikrobların çoxu balda böyüyə və çoxala bilmir. 

 

Spor əmələgətirən mikroorqanizmlər - "Bacillus cereus”, "Clostridium perfringens” bakteriyaları balda uzun müddət yaşaya bilər. Balda olan "Clostridium botulinum” bakteriyası 2 yaşdan aşağı körpələrdə ciddi qida zəhərlənməsi sayılan "botulizm”ə yol aça biləcəyi üçün onlara bu qida məhsulu verilməməlidir.

  Son dövrlərdə saxta balların hazırlanması və satışı çoxalıb. Sözgedən bir sıra orqanoleptik xüsusiyyətləri təbii bala oxşayır. Lakin arılar tərəfindən istehsal olunan təbii balın tərkibində olan fermentlər, çiçək tozu və dekstrinler süni balda yoxdur. Saxta bal hazırlanarkən şəkərli məhsul – yemiş, qarpız, şəkər qamışı və şəkər çuğunduru, təbii rəngləndiricilər – dazı otu, çay dəmləməsi, zəfəran, yaxud süni rəngləndiricilərdən istifadə olunur.

 

Aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, təbii bal və şəkəri bir-birindən ayıran çox mühüm fərqlər var. Şəkər həzm sistemində parçalanaraq qana keçir, lakin təbii bal parçalanmadan sürətli şəkildə qana qarışa bilir. Beləliklə, bal insan orqanizminin ən yüksək dərəcədə faydalana biləcəyi qida məhsuludur. Lakin bal sırf şəkərdən hazırlandığından insan orqanizminə bir sıra fəsadlar da törədə bilər. Tədqiqatlar göstərir ki, insan orqanizminə şəkərin heç bir faydası yoxdur. Şəkər orqanizmdə qaraciyər tərəfindən metabolizə edilir. Bu da qaraciyərin bəzi funksiyalarının pozulmasına və onun normal fəaliyyətinin çətinləşməsinə gətirib çıxarır.

 

Əgər insan aktiv həyat tərzi keçirmirsə və normadan artıq şəkər qəbul edirsə, o zaman xərçəng hüceyrələrinin yaranması, qaraciyər piylənməsi, depressiya və psixi pozuntular, diabet xəstəliyi, normadan artıq çəki, damar tıxanıqlığı, uşaqlarda böyümə hormonlarının ifrazının ləngiməsi, orqanizmin hormonal balansının pozulması, diqqət dağınıqlığı, dişlərin çürüməsi və bununla bağlı yaranan böyrək və bağırsaq iltihablanmaları, orqanizmin immun sisteminin zəifləməsi kimi xəstəliklər meydana çıxa bilər.