Belçikada qocalar evini ziyarət edən “Şaxta baba” 118 nəfərin yeni növ koronavirusa yoluxmasına səbəb olub.
Hadisə Antverpen şəhərində qeydə alınıb. Milad ərəfəsində keçirilən kiçik bayram şənliyinə “Şaxta baba” obrazında gələn şəxsin “COVID-19” xəstəsi olduğu ortaya çıxıb.
Modern.az-ın yazdığına görə, əvvəlcə onun təmasda olduğu 45 qocalar evi sakini virusa yoluxub. Bu say daha sonra artaraq 118-ə yüksəlib.
Siyahıya qocalar evində çalışan 20 əməkdaş da daxildir.