Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Saxta araq 8 nəfərin ölümünə səbəb oldu

  • 2024.06.06 12:58
  • 849 Baxış
Saxta araq 8 nəfərin ölümünə səbəb oldu
Mərakeşin Rabat şəhəri yaxınlığındakı qəsəbələrdən birində kustar üsulla hazırlanan araqdan kütləvi zəhərlənmə qeydə alınıb.

Medicina.az xəbər verir ki, hadisə nəticəsində yüzdən çox adam zəhərlənib, 8 nəfər ölüb. Xəstəxanaya yerləşdirilənlərdən 82 nəfərin vəziyyəti ağırdır. Onların arasında saxta içkini hazırlayan 2 nəfər də var. Tibbi ekspertiza intoksikasiyaya metil spirtinin (metanol) səbəb olduğunu aşkara çıxarıb.

Nəzəri olaraq Mərakeş qanunvericiliyini spirtli içki satışını qadağan etsə də, bar və restoranlarda, həmçinin böyük marketlərdə içki yarıgizli şəkildə satılır. Ötən il ölkədə kustar üsulla hazırlanan araq bir hadisədə 19, digər hadisədə isə 7