Dünyada məşhur Saxo Bankı növbəti il üçün 10 maliyyə proqnozu dərc edib.
Bu proqnozlar az ehtimal olunan və çoxlarının qiymətləndirmədiyi məqamlardır, hansı ki, dünya maliyyə bazarını sunami kimi vuracaq.
Medicina.az xəbər verir ki, investisiyalar departamentinin rəhbəri Stin Yakobsen 2022-ci ilin əsas mövzusunun inqilablar olacağını bildirib.
“Bir çoxları inqilab deyəndə üsyan, Fransa inqilabı, hökumət devrilməsi başa düşür. Amma bank və iqtisadiyyat sahəsində bu belə deyil.
Hazırda dünya iqtisadiyyatında qeyri-bərabərlik çoxalıb, bu da gərginliyi artırır. Pandemiya gərginliyi pik həddə çatdırıb. Bu inqilab düşüncədə dəyişiklik, keçmiş paradiqmlərdən, yanaşmalardan imtinadır”.
İnsanlara bəzi sahələrdə hökumətdən və asılılıqdan azad olmaq lazımdır. Maliyyə bazarlarında sərt pul-kredit siyasəti və mənəvi risklər bankla insalar arasında uçurum yaradır.
Qlobal xarakterli partlayışlardan biri soyuq müharibə və kosmik ötmələr dalğası olacaq.
Hipersəsli raket son sınaq dövründədir. 2022-ci ildə böyük hərbi qüvvələr səssiz raketlər hiper raketlər uğrunda yarışa çıxacaq. Heç bir ölkə bu bəhsə-bəhsdə geridə qalmaq istəməyəcək. Çünki təhlükəsizliyi üçün narahatdır – deyə məruzədə yazılıb.
Saxo Bank xatırladır ki, 2021-ci ildə Çin ilk dəfə hipersəs aparatını sınaqdan keçirib, bu cihaz aşağı orbitə çıxıb, sonra atmosferə keçir və hədəfə doğru uçur.
2021-ci ildə hansı layihələrə pullarn ayrıldığına diqqət yetirəndə görmək olur ki, 2022-ci ildə əsas hədəf hipersəs, kosmos olacaq. ABŞ və Çin yeni iqtisadi və hərbi rəqabəti artıracaq.
Bunlara Rusiya, Hindistan, İsrail, Avropa Birliyi də qoşulacaq.
Bank hesab edir ki, daha bir zərbə qazılıb çıxarılan yanacaq mənbələrinin tapılması və istifadəsinə aid planlar qlobal olaraq azalacaq və maraq itəcək. Neft və qaz hasilatı 5 il zəiflədiləcək. Bu plan ərzaq məhsulları və neft-qazın ziymətinin növbəti illərdə bahalaşmasını insanlara daha real qəbul etdirmək üçündür. Baxın, neft-qaz azdır, ona görə də bahalaşır.
Texnoloji bazar da silkələnəcək. Gənclər etiraz olaraq Facebook İnstagram kimi platformaları tərk edəcək. Bu şəbəkələr personal məlumatları başqa məqsədlər üçün istifadə edir, bu da azadlıq hüquqlarını azaldır.
Analitiklər belə hesab edir ki, META Snapchat və Tiktoku əldə etməyə çalışacaq, onlar 10 milyard dollarlıq Metakainat şəbəkəsi qurmaqda israrlıdır.