Dönərdən zəhərlənmə səbəbindən hər il onlarla insan həyatını itiririr. Ən ağır qida zəhərlənmələrindən hesab olunan bu patologyiyada vaxtında yardım göstərilməzsə xəstə ağırlaşır.
“Medicina” dönərdən zəhərlənmənin əlamətlərini və ilk yardımı təqdim edir.
Dönərdə həm ət, həm yağ, həm işlənmə yerindən asılı olaraq bakterial çirklənmə, həm də düzgün saxlanılmayan sous, mayonez olduğu üçün zəhərlənmə bir neçə səbəbdən ola bilər.
Xüsusən yayda zəhərlənmə daha çox olur, çünki ərzaqlar tex xarab olur.
Toyuq əti ilə zəhərlənmə ətə nisbətən daha çox və ağırdır.
Əlamətlər:
- əlamətlər yeidkdən sonra 15 dəqiqə ilə 2 saat ərzində özünü göstərə bilər.
- Ürəkbulanma, qarın ağrısı, qarında qurultu
- Tualetə getmək istəyi
- Soyuq tər gəlməsi
- Ağızda acılıq
- Mədədə sancı, yanma
- Titrəmə
- Qaytarmaq – fontan kimi
- Halsızlıq
- Yatmaq istəyi
- Huşun dumanlanması
- Gözlərin qaralması
- Ayaqların yer tutmaması
- Qusmadan sonra da rahatlıq olmaması
- Bəzən hərarət, qıcolma və s
Birinci çıxış yolu təcili mədəni boşaltmaq yumaqdır.
Bu zaman yaşdan asılı olaraq çoxlu adi maye, su, bəzən Soyuq kola kömək edir.
Eləcə də çəki və yaşa uyğun olaraq sorbentlər – qara kömür, smekta və çay sodası həll edilmiş su vertmək lazımdır. Bunlar toksinləri özünə hopdurur.
Mədəni yumaq üçün çoxlu ayran, 2 litr ilıq su, bir qədər du qatılmış su içmək, içirmək olar.
Əgər xəstənin huşu gedibsə onu artıq xəstəxanada mədəsini yuyub, imalə edir və sistemlər qoşurlar.
Zəhərlənən insana başqa dərman, ağrıkəsici vermək olmaz.
Aygün Musayeva