Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Şaurma 3 xəstəlikdən qoruya bilər – Kardioloq

  • 2024.02.15 17:04
  • 1430 Baxış
Şaurma 3 xəstəlikdən qoruya bilər   –  Kardioloq

Ət və tərəvəzin birləşdiyi populyar fast-food şaurma bəzi xəstəliklərin qarşısını ala bilər.


“Medicina” xəbər verir ki, kardioloq German Gandelman şaurmanın faydalarından danışıb:


“Şaurma əslində faydalı ola bilər. O, hətta prostat xərçənginin qarşısını ala bilər.

Bir şərtlə ki,şaurma düzgün tərkibdə və düzgün hazırlanmış olsun.

Şaurma insult, infarkt və diabetin profilaktikasında rol oynaya bilər.
Məsələ şaurmanın tərkibində olan təzə pomidor, xiyar, göyərti, bibər və sarımsaqdır.

Bunlar lif, vitamin, mineralla zəngindir. Totuq filesi züalla təmin edir, təbii tomat isə likopinlə zəngindir.

Tez-tez şaurma yeyən kişilərdə prostat vəzi xərçəngi riski çox azalır.
Lavaş isə diabetin qarşısını alır və diabeti olanlara faydalıdır.

Bütün bunları o halda əldə etmək olar ki, şaurmaya əlavə souslar, yağlar qatılmasın, düzgün hazırlansın.

Şaurma ayaqüatü yeyilə biləcək ən sağlam qidadır. Məktəblilər üçün də məhz keyfiyyətli şaurma nahar ola bilər. Şaurmaya duz çox əlavə etməyin, yağsız ət seçin.

Vertikal şişdə hazırlıananda zərərli polikarbonatlar yaranır. Şaurmanı etibarlı yerlərdən alın, ya da klassik reseptlə evdə hazırlayın”.


Aygün Musayeva