Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sauna və hamamda içki içmək ölümcül təhlükəlidir - Narkoloq

  • 2022.11.15 21:46
  • 2349 Baxış
Sauna və hamamda içki içmək ölümcül təhlükəlidir  - Narkoloq


Narkoloq Marina Kalyujina alkoqolun sauna və hamamda qəbulunun kişilərə mənfi təsirini açıqlayıb.

"Medicina" xəbər verir ki, həkim sunada buxarın, istinin təsirindən orqanizm zatən stresdə olur, qan damarları genişlənir.

Arterial təzyiq dəyişir, ürək-damar güclənmiş rejimdə işləyir.
Xüsusəb ilk dəfələr isti saunaya gedənlər diqqətli olmalıdır.

"Təsəvvür edin ki, gərgin orqanizmə digər tərəfdən alkoqol təsir edir.

Tünd çaxır, araq, şərab saunada sağlamlıq üçün çox təhlükəli ola bilər. Bunlardan ən zəifi hipotoniya, ürəkbulanma, diareya, huşun itməsi, qan damarlarının sıxılması, təzyiq qalxması ola bilər.

Saunda böyrəklərə qanın daxil olması azalır. Bu zaman böyrəklər pis işləyir. Orqanizmdə olan toksinlər böyrəklər tərəfindən çıxarılmayacaq, orqanizmdə toplanması sürətlənəcək".


Aygün Musayeva