Satışda olan qiymə ət sağlamlıq üçün ciddi risklər yarada bilər.
Medicina.az xəbər verir ki, qida fırıldaqçıları xərcləri azaltmaq və məhsulu daha gəlirli etmək üçün qiymə ətə müxtəlif heyvan ətləri, orqanlar və hətta sümük unu kimi maddələr əlavə edirlər.
Bəs qatqısız qiyməni necə bilək?
Küftə hazırlayarkən əgər qiymə çox asan yoğrulursa və çox yağ buraxırsa bu, onun saxta olduğunun göstəricisidir.
Rəngi tünd və homojen olmayan qiymə ətlər müxtəlif növ ət və ya yağlarla qarışdırıla bilər.
Qarışıq qiymə soyuducuda daha tez xarab olur və rəngini tez dəyişir.
Aygün
Medicina.az