Yay mövsümünün gəlməsi ilə əlaqədar olaraq bazarlarda müxtəlif növ meyvə-tərəvəzlərin sayı artmaqdadır.
Bəs bu meyvələr arasında insan səhhəti üçün xüsusi risk təşkil edən hansısa meyvələr varmı?
Medicina.az xəbər verir ki, Moderator.az -a açqılama verən Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov meyvələrlə bağlı rəhbəri olduğu quruma hər hansı şikayət daxil olmadığını vurğulayıb:
"Meyvələrlə bağlı bizim quruma hər hansı şikayət daxil olmayıb. Lakin mən tester cihazı vasitəsi ilə monitorinq həyata keçirəndə bəlli oldu ki, bəzi əriklərin tərkibində nitrat var. Buna səbəb ərik ağacların becərilməsində bu maddədən istifadə edilməsidir. Ancaq bunun xaricində hər hansı problem müşahidə etməmişik”.