Adi qara çayın tüpürcəkdə “SARS-CoV-2”ni təsirsiz hala sala biləcəyi açıqlanıb.
Medicina.az xəbər verir ki, bunu Corciya Universitetinin alimləri müəyyən ediblər.
Belə ki, süd və şəkərsiz çayın virusun aşağı tənəffüs sisteminə daxil olmasına qismən mane olduğu anlaşılıb.
Tədqiqat zamanı məqsəd 5 növ (yaşıl, qara, moruq, evkalipt və nanə) çayın antibakterial və antiviral xüsusiyyətlərini öyrənmək olub.
ABŞ alimləri qara çayın ən yaxşı antiviral xüsusiyyətlərə malik olduğunu açıqlayıblar. Bu çay “SARS-CoV-2”ni 99,9% zərərsizləşdirib. Qara çay bunu tərkibindəki polifenollar və xüsusi bitki birləşmələri sayəsində reallaşdırır.
Qeyd edək ki, araşdırmanın nəticələri "Food and Environmental Virology" jurnalında dərc olunub.
Aysel