Ermənistan prezidenti Armen Sarkisyan yaxın günlərdə xəstəxanadan çıxacaq və koronavirusdan müalicəsini ev şəraitində davam etdirəcək.
Məlumatı dövlət başçısının Mətbuat xidməti yayıb.
Bildirilib ki, o, yaxın günlərdə xəstəxanadan buraxılacaq: “Prezidenti müalicəsinin həkimlərin müşayiət altında ev şəraitində davam etdirəcək. Ona yataq rejimi məsləhət görülüb. Sağalandan sonra həkimlərin uyğun icazəsi ilə Ermənistana qayıdacaq. O vaxtadək işdən kənarda qalacaq”.
Qeyd edək ki, yanvarın 5-də Londona səfəri zamanı A.Sarkisyanda koronavirusun yeni ştammı aşkarlanıb. Onu yanvarın 13-də yüksək hərarətlə hospitala yerləşdiriblər.