Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ermənistan prezidenti COVID-19-un yeni ştammına yoluxdu

  • 2021.01.05 15:53
  • 1508 Baxış
 Ermənistan prezidenti COVID-19-un yeni ştammına yoluxdu

Ermənistan prezidenti Armen Sarkisyan Londonda koronavirusun yeni ştammına yoluxub.

Erməni KİV-lərinin məlumatına görə, A.Sarkisyan özünütəcrid rejiminə alınıb.

Qeyd olunur ki, o, yanvarın 3-də Böyük Britaniya paytaxtında ayağından əməliyyat olunub. Əməliyyat uğurlu keçsə də A.Sarkisyanda koronavirus simptomları aşkar edilib və verilən test müsbət nəticə verib.

Onun məhz yeni koronavirusa ştammına yoluxduğu bildirilib. Prezidentin sağlamlıq vəziyyəti barədə məlumat verilməyib.