Qaraciyəri potensial toksinlərdən təmizləyən və dəstəkləyən qidalar hər həftə yeyilməlidir.
“Medicina” xəbər verir ki, kardioloq Olqa Bokeriya qaraciyərin dostu olan sadə qidaları sadalayıb:
“Qaraciyərin vəziyyətinə kələmin bütün növləri, eləcə də turplar, turpkimilər, yaşıl salat yarpaqları, ispanaq, kahı. Onlarda orqan toxumasını iltihablanmadan qoruyan maddələr var.
Suda bişirilmiş yumurta qaraciyər üçün ən yaxşı qidadır.
Hər səhər bir yumurta yemək yağlı qaraciyər, hepatozun profilaktikası üçün faydalıdır.
Məhz yumurta hepaprotektor kimi təsir edir, dərmanlardan daha effektivdir, toxumanı regenerasiya edir.
Qaraciyər üçün müxtəlif toxum cücərtilərindən istifadə edin: cücərdilmiş buğda, mərci, noxud, qarabaşaq, eləcə də təzə soğan, sarımsaq, çuğundur yarpağı, çuğundurun özü.
Digər superqida – qlutation antioksidantı ilə zəngin sarımsaqdır.
O qaraciyəri oksidləşdirici stresdən qoruyur, xüsusən yaşlılarda bu vacibdir.
Limon da qaraciyərin dostudur. O, qaraciyərin infeksiyalara qarşı dayanıqlığını artırır. Bilməlisiz ki, bu orqan normal işləmədikdə, qanda qatılaşma gedir”.
Aygün Musayeva