Tərkibindəki vitamin, mineral və antioksidantla tam sağlamlıq anbarı olan sarımsaq ilə hazırlanan müalicə sümükləri gücləndirir.
Medicina.az xəbər verir ki, soğan və sarımsaq qadınlarda menopozdan sonra meydana gələn osteoporoza qarşı təbii müalicəni təmin edir və sümükləri gücləndirir.
Bir araşdırmada gündəlik 2 qram sarımsaq istehlakının menopozal qadınlarda estrogen səviyyəsinin azalmasının əhəmiyyətli dərəcədə qarşısını aldığı müəyyən edilib.
Müntəzəm olaraq soğan istehlak edən qadınların sümük sıxlığının daha yüksək olduğu öyrənilib.
Kürünü hazırlamaq üçün 1 kasa evdə hazırlanmış qatıqda 1 diş sarımsağı əzin, 1/4 soğanı sürtgəcdən keçirin, bir az şüyüd, 1 xörək qaşığı zeytun yağı və bir az da üyüdülmüş qara bibər əlavə edib qarışdırın.
Bu kürüdən həmçinin damar, ağrılı oynaq xəstəlikləri, xərçəng, immun sistem pozğunluqları kimi bir çox xroniki xəstəliklərin qarşısının alınması və müalicəsində istifadə olunur. /aztibb.az/