Sarımsaq ən xeyirli tərəvəzlərdən biridir desək yanılmarıq. Lakin bu faydalı tərəvəzdən düzgün şəkildə istifadə edilməlidir.
Medicina.az sarımsağın düzgün istifadə qaydasını təqdim edir:
Sarımsaq xolesterolu qaydaya salır, damarları təmizləyir, ürəyi qoruyur, təzyiqi normallaşdırır, sinir sistemini gücləndirir, orqanizmə ağır metalların daxil olmasının qarşısını alır, sümükləri və oynaqları möhkəmləndirir, yorğunluğu aradan qaldırır, hüceyrələrin ömrünü uzadır.
Sarımsağın faydaları saymaqla bitməz. Lakin bütün bu sadalanan xüsusiyyətlərindən yararlanmaq üçün sarımsağı çiy halda istifadə etmək lazımdır.
Sarımsaq bişirildikdə onun tərkibində olan xeyirli maddələrin çox hissəsi parçalanaraq məhv olur. Buna görə də sarımsaqdan bacardığınız qədər çiy halda istifadə etsəniz yaxşı olar.