Sarımsaqdan xalq təbabətində istifadə etdikdə onun qabığını təmizləyirlər. Halbuki onun qabığı da soğan qabığı kimi çox faydalıdır.
Medicina.az sarımsağın özündən də güclü qabığının hansı problemlərdə təsir etdiyini təqdim edir.
-Bədəndən ağır metallar, toksin və duzu çıxarır
-Qabıqda olan pektin maddəsi qanda xolesterini salır, ürək-damar sistemini möhkəmlədir
-Diabet xəstələri
-Mədə-bağırsaq sisteminin pozulmaları
-Dərinin cavanlaşması
-İmmunitetin zəifliyi zamanı
-Göbələk infeksiyaları
-Müxtəlif toxuma və oynaqlarda iltihab
-Saç tökülməsi
-Halsızlıq, zəiflik
-Artıq çəki
-Qrip, burun tutulması, zökəm
-Baş ağrıları, damar tutulmaları
-Ateroskleroz, infarkt, insult, tromba qarşı
-Sidik kisəsi, böyrək və bağırsaq iltihabı
Necə hazırlamalı?
1 stəkan narın edilmiş və ya çox xırda doğranmış sarımsaq qabıqlarının üzərinə 1 litr qaynar su alıb, 40 dəqiqə qapağı bağlı dəmə qoyursuz.
Bu dəmləmədən 2 xörək qaşığı hər gün günorta qəbul edirsiz. 1 kurs 10 gün. Sonra fasilə verməlisiz. Miqdarı artırmaq olmaz.
Eləcə də dəmləmədən üzə maskalar etmək, dəriyə çəkmək, dırnaqlara sürtmək, saçların dibinə sürtmək olar.
Diqqət: yalnız təbii, torpaqda yetişən, yerli sarımsağın qabığını sitifadə etmək lazımdır. Marketlərdə satılan Çin və ya digər ölkə istehsalı qabığı çox ağ, hamar sarımsaqlar yaramır. Onların qabığında zərərli maddə çoxdur.