Sarımsaq bütün dünyada ən faydalı qidalardan biri hesab edilir. Ancaq hər bir qidada olduğu kimi sarımsağı da çox yemək məsləhət deyil. Çünki bu zaman onun mənfi təsirləri üzə çıxır.
Sarımsaq çox yeyildikdə orqanlara zərə verə bilər. Sarımsağı əsasən də acqarına və çiy yemək məsləhət görülmür.
İshal yaradır
Bağırsaq xəstəliklərindən əziyyət çəkənlərə və ya müvəqqəti bağırsaq pozulmaları zamanı çiy sarımsaq yemək tövsiyə olunmur. Çünki sarımsaq vəziyyəti daha da pisləşdirə bilər.
Ürəkbulanma
Sarımsaq mədəsində xəstəlik olanlarda və qoxuya qarşı həssas olanlarda ürəkbulanmaya səbəb ola bilər.
Mədə yanması
Mədəsində xora olanlar və reflü xəstələri sarımsağı acqarına yeyərsə, mədə yanması ilə üzləşə bilər. Hətta onlarda qusma da baş verə bilər.
Nəfəs korlanır
Sarımsağı çiy halda yemək ağız boşluğunda uzunmüddətli qoxuya səbəb olur. Sarımsaqda kükürd maddəsi olduğu üçün nəfəsi korlayır.
Qaraciyər zəhərlənir
Sarımsaqda olan allisin adlı kimyəvi birləşmə qaraciyəri zəhərləyə bilər. Odur ki, orqanizmdə bu toksik maddənin çox olmaması üçün sarımsağı gündə 2-3 dişdən artıq yemək məsləhət deyil.
Qanaxma təhlükəsi
Sarımsaq təbii qan durulaşdırıcı kimi tanınır. Odur ki, diş çəkdirənlər, aspirin qəbul edənlər, əməliyyat olanlar, hər hansı daxili qanaması olanlar sarımsaq yeməməlidirlər.
Təzyiq problemi
Qan təzyiqini aşağı salan təsirinə görə, həddindən artıq istehlak qan təzyiqi balanssızlığına səbəb ola bilər.
Allergiya riski
Sarımsağın qaşınma, nəfəs darlığı və qızarıqlıq kimi allergik reaksiyalara səbəb olması mümkündür.
Aysel
Aysel xanıma sualım: bir oturumda mən bir dənə iri diṣ sarımsaq yedim, goyərti və pomidorla təxminən bir sat keçdi və taxikardiya baṣ verdi,narahatlıq yaratdı(ůrək dŏyůntůsů 110-a çatdı bu nə demək idi? Gůnahgar sarımsaq idimi?