ABŞ-ın Kaliforniya Universitetində aparılan bir araşdırma nəticəsində davamlı sarımsaq istifadə etməyin bağırsaqları qoruduğu, zehni qabiliyyəti gücləndirdiyi qeydə alınıb.
Medicina.az bildirir ki, "Daily Mail”də çıxan xəbərdə yaşlı insanlarda daha çox bağırsaq mikrobları olduğu bildirilib. Həmin insanların qida rasionuna sarımsaq əlavə etməsinin zəruri olduğu vurğulanıb. Sözügedən universitetdə aparılan tətqiqatlara görə, çiy sarımsaq insanın daha sağlam orqanizmə sahib olmasına təkan verir.
Sarımsaq Parkinson ve Altzheimer xəstəliklərinin də qarşısını alır.
Qeyd edək ki, sarımsağın müalicəvi xüsusiyyəti hələ qədim dövrlərdə məlum olub. Tədqiqatçıların fikrincə, sarımsaqdan ilk istifadə qədim şumerlər olub.