Çox vaxt yeni doğum etmiş analar sarılığı olan övladının fototerapiyaya
ehtiyacı olduğunu eşidəndə, ilk reaksiyaları bəlli səbəblərdən
inamsızlıqla bağlı olur. Bu inamsızlığın qaynağında bəzi özəl
klinikaların rolu əvəzsizdir. Təəssüf ki ,bəzən imtina edənlər də olur ki, bu durumda fəsadlar qaçılmazdır.
Bəs Analar övladının həqiqətən fototerapiyaya ehtiyacı olub-olmadığını necə bilsinlər?
Məsələ ilə bağlı Medicina.az-a tanınmış pediatr Günay Rəsulova
açıqlama verib. Onun sözlərinə görə, uşaqda yuxululuq,süstlük,ağlamamaq,əmməmək kimi əlamətlər olarsa mütləq həkimə müraciət etməlidir:
"Əvvəlcə
onu deyim ki, sarılıq yenidoğanların ən az 2/3 də fizioloji, yəni
normal olaraq baş verir. Bəzi körpələrdə isə bu pataloji ola bilər.(
Rezus, qan qrup uyğunsuzluğu və s.) Yəni ilk günlərdə normadan artıq
sərbəst bilirubin artışı baş verir və bu səviyyə əsasən bilirubin dəyəri
12mg/dl yuxarı olanda uşaq "saralmış" görünür. Sarılığın uşaqda
normadan çox olmasının bir sıra səbəbləri var. Uşaqda, qanda bilirubin
ölçülərək, həkim tərəfindən bu rəqəm dəyərləndirilir və sarılığın
müalicəyə yoxsa sadəcə təqibə ehtiyacı olduğuna qərar verilir.
Müalicədə,bilirubin dəyərlərinə uyğun olaraq fototerapiya və ya qan
dəyişməyə qərar verilir. Bu qərar, yenidoğanın hər sutkasına uyğun
bilirubin dəyərindən asılıdır. Həkimlər bu qərarı xəstəxanada yatan və
hestasiya yaşı 35 həftə və ondan çox körpələrdə fototerapi uygulama
rəhbərinə uygun olaraq verir.Misal üçün uşaq 3 cü sutkasındadırsa( orta
dərəcə riskli körpə) və bilirubin dəyəri 16mg/dl sə fototerapiya
lazımdır.
Aşağı riskli körpələrdə (38 həftə çox və tam normal)isə bu
rəqəm 17-18 gr/dl dir. Bu göstərişə şübhə etməməli, müalicədən imtina
edərək körpəni riskə atmamalısınız! Ən azından başqa
bir klinikada bu göstərişin həqiqi olub olmadığını dəqiqləşdirmədən
körpəni evə aparmamalısınız. Bu günlərdə bir ana bunu etdi və körpədə
bilirubin get gedə daha da artaraq qan dəyişmə dərəcəsi və artıq sarılıq
beyinə təsir etməyə (kernikterus) başladı".
Afaq Rza