Sarıkökün tərkibindəki kurkumin güclü immunitet vasitəsi və xərçəng əleyhinə təsiri ilə məşhurdur.
İnsanlar sarıkökün faydasını çox almaq üçün onu normadan artıq istifadə etməyə başlayır.
"Medicina" yüksək dozada sarıkökün əks təsirlərini təqdim edir.
- Mədə turşuluğunun artması, turşuma
- İshal, qarın ağrısı
- Başgicəllənmə
- Sidik kisəsində daşlar
- Antidepressant, antibiotik, antihistamin və ürək dərmanları qəbul edənlərə olmaz
- Diabetlərdə şəkəri kəskin sala bilər
- Hamilələrə olmaz
- 5 yaşa qədər uşaqlara olmaz
- Sarıkök qanı duruldur, laxtalanma ilə problemi olanlara ehtiyatla
Sarıkökün sutkalıq dozası bir çay qaşığından artıq deyil.
Aygün Musayeva