Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sarıköklü mərci şorbası – Şəkər xəstələri üçün RESEPT

  • 2019.04.26 17:41
  • 17484 Baxış
Sarıköklü mərci şorbası –  Şəkər xəstələri üçün RESEPT
Diabet xəstələri qəbul etdikləri bütün qidalara xüsusi fikir verməlidir. Onlar qanda şəkəri balansda saxlayan yeməklərə üstünlük verməlidir. 

Medicina.az diabetdən əziyyət çəkənlər üçün xüsusi şorba reseptini təqdim edir. 


Şəfa qaynağı olan sarıkök və darçın diabet xəstələrinin xilaskarıdır desək yanılmarıq. 


Sarıköklü-darçınlı mərci şorbası üçün: 


1 stəkan qırmızı mərci

1 ədəd yerkökü

2 ədəd baş soğan

1 yemək qaşığı zeytun yağı

1 çay qaşığı sarıkök 

Yarım çay qaşığı toz darçın

Nanə,pul bibər,duz  


 Hazırlanması: 


Baş soğan və yerkökünü doğrayın. Tavaya qoyub, üzərinə yuyulmuş mərcini əlavə edin. Üstünə çıxana qədər su əlavə edin. Qaynamış qarışığı blnederdən keçirin, üzərinə ədviyatları əlavə edin. Aşağı temperaturda bişməyə qoyun.

 

Bir neçə dəqiqə bişdikdən sonra 2 yemək qaşığı zeytun yağı əlavə edib, təkrar qarışdırın. İstəsəniz, üzərinə biraz limon da sıxa bilərsiniz.