Sarıkök – qədim təbabətdə təbiblərin və şahların istifadə etdiyi ən vacib ədviyyatdır. O, qandakı qurd, mikrob, parazitləri öldürür, qaraciyəri təmizləyir, orqanizmi təmiz qanla təmin edir.
Medicina.az-ın məlumatına görə, sarıkökün 1000-dən çox xəstəlikdə faydası barədə qədim əlyazmalar var. Onu zəncəfil, sarımsaq, qara istiotla qarışdıranda, təsiri 1000 dəfə artır, faydası sözlə ifadə olunmur. Deyilənə görə, bu qarışımda insan orqanizminə lazım olan B17 vitamini var ki, o da xərçəngin profilaktikası üçün əvəzsizdir.
Amma sarıkök ödqovucu olduğundan, öd kisəsində daş olanlar ehtiyatlı olmalıdırlar, qəbul zamanı öd kisəsi üzərinə isti qrelka qoymaları məsləhətdir.
Belə bir "sehrli” kokteyl hazırlaya bilərsiniz: mətbəx kombaynı və ya blenderə 1 çay qaşığı sarıkök, 1 çay qaşığı zəncəfil, yarım çay qaşığı qara istiot, 1 diş əzilmiş sarımsaq atıb, üzərinə yarım stəkan təmiz ilıq su alıb qarışdırırsınız. Və bu içkini az-az olmaqla gün ərzində içirsiniz. Nəzərə alın ki, içdikdən sonra hərəkət etməli, gəzməlisiniz ki, qan hərəkət etsin.
Hepatit və serrozda 1 xörək qaşığı təmiz bala 1 çay qaşığı sarıkök qataraq, gündə 2 dəfə qəbul edirsiniz. Müalicə kursu 2 aydır.
Ya da ən asan yolu: 1 qaşıq sarıkökü və çay qaşığının ucunda istiotu dil altına qoyub, 10 dəqiqə saxlayır, bir az ağızda hərlədib, sonra udursunuz.
Qeyd: allergik orqanizmə sahibsinizsə, həkiminizlə məsləhətləşin.