Sarıkökün güclü iltihab əleyhinə təsiri çoxdan məlumdur. Sarıkök qatılmış süd qızıl dərman adlanır. Çox adamlar bütün yeməklərə sarıkök əlavə edir.
Medicina.az xəbər verir ki, sarıkökün də bəzi problemlərdə neqativ təsiri var.
Sarıkök qarında köpü artırır, həzmi daha da çətinləşdirir. Mədəsində, ödündə problem olanlarda ürəkbulanma yarada bilər. Öd kisəsində daş, iltihab, öd yollarının iltihabı olanlar daha diqqətli olsun.
Sarıkök öd kisəsinin çox xaotik yığılmasına, öd yollarının axarının tutulmasına, ödün funksiyasının pozulmasına səbəb ola bilər. Sarıkökü ödündə problem olmayanlar müalicə məqsədilə istifadə edilə bilər.