London Universitetinin araşdırmaçıları qlaukomanı sarıkökün köməyilə müalicə etməyi təklif edir. Onların yeni araşdırmasının nəticələri elmi jurnalda dərc olunub.
Medicina.az xəbər verir ki, bütün dünyada 60 milyon insan qlaukomalıdır. Və bu xəstəliyin müalicəsi mümkün deyil. Sonda korluqla nəticələnən qlaukoma sinir impulsları ötürən neyronların zədələnməsidir.
Sarıkök tərkibli tabletlərin köməyilə görmə hüceyrələrinin degenerative proseslərinin qarşısının alınmasına cəhd edilsə də, bu çətin oldu, gərək pasiyent gündə 20 belə tablet qəbul etsin.
Son təcrübədə mütəxəssislər yeni texnologiya ilə sarıköklü göz damcılarının alınmasını işləyib.
Təcrübə zamanı siçanların gözünə gündə 2 dəfə bu damcı damızdırılıb. 3 həftə ərzində heyvanlarda görmə sinirlərinin ölməsi tormozlanıb, onların görmə qabiliyyəti yaxşılaşıb.
Elmi işin müəllifi Françeska Kordeyr deyir ki, bu göz damcısı ilə milyonlarla insanı korluqdan xilas etmək olar.
Diqqət: nəzərə alın ki, qlaukoma üçün gözə birbaşa sarıkök tökmək olmaz. Sarıkökün farmakoloji preparatı lazımdır.