Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

SARIKÖK YAŞLANAN İNSANLARDA ƏQLİ GERİLİYİN QARŞISINI ALIR

  • 2018.01.26 18:02
  • 30987 Baxış
SARIKÖK YAŞLANAN İNSANLARDA ƏQLİ GERİLİYİN QARŞISINI ALIR
Amerika alimləri sarıkökün yaşlı, ahıl insanlara təsirini araşdıraraq, Geriatrik Psychiatry jurnalında apardıqları eksperimentin nəticələrini dərc ediblər. 127 nəfər yaşlı insan üzərində yarım illik təcrübədə onlara sarıkök tərkibli preparat verilib. 

Sarıkökün təbii komponenti iltihab əleyhinə, antioksidant, immuntənzimləyici təsirə malikdir. Ahıl yaşda meydana çıxan Alçqeymer xəstəliyinin yaranmasına səbəb olan dəyişikliklərin qarşısını almaq xassəsinə malikdir. 

Laboratoriya analizləri göstərdi ki, sarıkökdə olan maddə beta-amiloid faqositozunu stimulə edir. 

Kaliforniya universitenin alimləri 50 yaşından 80 yaşına kimi yaşlı insanlar arasında apardıqları təcrübədə sübut ediblər ki, gündə müəyyən qram sarıkök qəbul edən xəstələrdə yaddaş testinin nəticələri 30% daha yüksək olub. 

Bu araşdırmaların nəticəsi olaraq sübut olunub ki, sarıkök koqnitiv enməni saxlayır, yaşlı insanlarda əhvalı yaxşılaşdırır, Alçqeymer xəstəliyinə səbəb olan zülalların sayının azalmasına səbəb olur.

Bir sözlə, huşu-ağlı yerində qocalıq istəyənlər, indidən sarıkök ehtiyatını tutsunlar və orqanizmi müəyyən dozada sarıköklə təmin etsinlər.