Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Saralmış radiatorları necə ağardaq? - Sadə üsul

  • 2025.02.07 12:12
  • 266 Baxış
Saralmış radiatorları necə ağardaq? -  Sadə üsul

Zamanla sarıya çevrilən istilik radiatorları evin görünüşünü poza bilər.

Medicina.az xəbər verir ki, radiatorlar soyuq qış günlərində evlərimizin isidilməsinin əvəzsiz elementləridir.

Lakin zaman keçdikcə saralması evin dekorasiyasına mənfi təsir göstərə bilər..

Bu effektiv təmizləmə üsulu ilə radiatorlarınız əvvəlki parıltısını bərpa edəcək.



Sirkə və soda radiatorlarınızı ağartmaq üçün təsirli bir üsuldur.

Bir stəkan sirkə və 2 xörək qaşığı sodanı qarışdırın. Yaranan qarışığı saralmış yerlərə çəkin.

Bir müddət gözlədikdən sonra radiatorlarınızı təmiz bir parça ilə silərək ilk günkü parlaqlığını bərpa edə bilərsiniz.

Bu sadə üsulla siz kimyəvi təmizləyici vasitələrə ehtiyac duymadan radiatorlarınızı ağarda bilərsiniz..

Aygün
Medicina.az