Saqqızlı konfetdən boğulan 10 yaşlı məktəbli dərsdən icazə alıb tualetə gedib, lakin orda huşunu itirərək yerə yıxılıb.
“Medicina” xəbər verir ki, hadisə Malayziyada baş verib.
Tənəffüs zamanı tualetə gedən uşağın gəlmədiyini görən müəllimlər onun ardıyca gedib.
Müəllimlər dərhal təcili yardım çağırıblar və həkimlər müəllimlərdən uşağın boğazında nəsə qalıb qalmadığını soruşub. Və beləliklə məlum oldu ki, Məhəmməd Fəhmi göz bəbəyi şəklində hazırlanmış saqqızlı konfeti sürətlə yeyib. O, yapışqan şirinlikdən boğulub. Uşağın köynəyinin cibindən ikinci həmin konfet də tapılıb.
Hazırda məktəblinin vəziyyəti ağırdır.
Aygün Musayeva