Yəqin ki, valideynlərin nəsihətini hələ də unutmamısız: saqqızı udma, mədəndə ilişib qalar. Valideyinlərimizin bu fikri əbəs yerə deyilmiş. Saqqızla bağlı fikirlər müxtəlifdir. Bəziləri üçün bu, yeməkdən sonra gigiyena üçün zəruri elementdir, bəziləri çeynəməyə vərdiş edib.
O, yaddaşı yaxşılaşdırır və depressiyanı müalicə edir. Lakin saqqızın dişlərə zərər verdiyi və ya baş ağrısına səbəb olduğu da bildirilir.
“Medicina” xəbər verir ki, qastroenteroloq Sarah Mesilhinin sözlərinə görə, bağırsaqlarımız həqiqətən də saqqızı həzm edə bilmir, çünki onun əsas tərkib hissəsi sintetik kauçukdan ibarətdir.
“Bir maddənin suda və daha çox mədə şirəsində həll olması bilavasitə saqqızın tərkibindən asılıdır. Müasir saqqızların əksəriyyətində mədədə parçalanmayan mum və qatranlar var.
Saqqız ayaqqabılara asanlıqla yapışır, ancaq mədə və ya bağırsaq traktının divarına deyil. Hamar əzələ problemləri səbəbindən mədədə qida yığılmasına səbəb olan bəzi ciddi xəstəliklər var.
Saqqız orqanizmdə bir müddət qala bilər, amma 2-3 gün ərzində mütləq çıxacaq. Üstəlik, saqqızın bəzi komponentləri laksatif kimi çıxış edir. Saqqız bütün mədə-bağırsaq traktından keçsə də, sonra həzm sistemində tıxanmaya səbəb ola bilər, bu da qusma və qəbizliyə səbəb olur.
Aynurə Məmmədova