Təsadüfən udulmuş saqqız bağırsaq keçməməzliyinə səbəb ola bilər.
“Medicina” xəbər verir ki, saqqız elə də qorxulu deyil, amma bağırsaq üçün bəzən təhlükəli ola bilər.
Qasteoenteroloq Ari Lemet xüsusən uşaqlarda udulan saqqızın bağırsaq keçməməzliyinə səbəb olduğunu deyib:
“Əksər insanlar üçün saqqız təhlükəli deyil, çünki mədə, öd şirəsi təsiri altında bağırsağa düşərək parçalanır və 1 sutka ərzində xaric edilir.
Nadir halda da olsa bağırsaq keçməməzliyinə səbəb ola bilər.
Yad cisim tərəfindən bağırsaq tutulduqda insan güclü ağrı, qarında şişkinlik, ürəkbulanma və qusma, tualetə getməkdə çətinlik yarana bilər.
Bu zaman peritonit yaranır və hətta insan ölə bilər.
Eləcə də öncədən mədə-bağırsaq əməliyyatı keçirənlər çalışmalıdır ki, saqqız udulmasın.
Xüsusən uşaqlar hər gün saqqız udarsa , bağırsaqdan xaric olmağa imkan tapmayaraq, böyük bir saqqız kütləsi yarada bilər.
Saqqız çox qısa müddətdə çeynəlinib, sonra atılmalıdır. Uzun müddət boşuna saqqız çeynəmək qarında spazm və şişkinliyə səbəb olur.
Saqqız mədədə yara əmələ gətirmir.
O, mədə şirəsini stimulə edib artırmır”.
Aygün Musayeva