Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Saqqız çeynəmək arıqladır - Yeni araşdırma

  • 2018.05.28 12:16
  • 14145 Baxış
Saqqız çeynəmək arıqladır -  Yeni araşdırma

Saqız çeynəmək arıqlamağa kömək edir.

 

Medicina.az xəbər verir ki, bu barədə yapon alimləri bildiriblər. Onlar, yeriyən zaman çeynənilən saqqızın çəki atmaqda effektli olduğunu araşdırıblar.

 

Alimlər bunu 21 yaşdan 69 yaşadək 46 kişi və qadın üzərində təcrübədən keçiriblər. Birinci qrup sınaqdan keçənlər 15 dəqiqə ərzində iki ədəd saqqızı yeriyəndə çeynəyiblər. İkinci qrupa saqqızın yerinə eyni maddələri daşıyan toz veriblər.


Hər iki halda mütəxəssislər ürək yığılmaları tezliyini, gedilmiş məsafəni və enerji sərfini ölçüblər. Məlum olub ki, birinci qrupdan olan  eksperiment iştirakçılarının ürək yığılmaları tezliyi yoxlama qrupun nümayəndələrininkindən iki dəfə yüksək olub. 


" Bizim tədqiqat göstərdi ki, gəzinti zamanı saqqız çeynəmək insanlarda, xüsusilə yaşlı kişilərdə enerji sərfini və qət etdiyi məsafəni artırıb”,-deyə tədqiqatın müəllifləri vurğulayıblar.