Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

SAQQAL SAXLAMAQ: DƏB, YOXSA FAYDALI? – Xərçəngdən qoruyur

  • 2019.08.27 15:48
  • 9893 Baxış
SAQQAL SAXLAMAQ: DƏB, YOXSA FAYDALI?  – Xərçəngdən qoruyur

 

 

 

 Son zamanlar saqqal saxlayanların sayı çoxalır. Bu tendensiya dəblə ayaqlaşanlar arasında sürətlə yayılır. daha cəlbedici görünmək üçün seçilən bu üsul əslində çox faydalı imiş.
Medicina.az kişilərdə saqqal saxlamağın faydalarını təqdim edir. Azərbaycanda çox gözəl bir deyim var "saqqalım yoxdur, sözüm keçmir". Amma indiki dövrdə bu deyim də artıq öz mənasını itirib. Bəzən dəb xatirinə, bəzən tənbəllikdən saxlanan saqqal əslində sıradan bir bəzək deyil. İstər dini, istər tibbi baxımdan saqqalın bir çox faydaları var. Dermotoloqların fikrinə görə, saqqal üz dərisi üçün xeyirlidir. Mütəmadi təraş etmək üz dərisindəki məsamələri bakteriyalarla üz-üzə qoyur. Lakin saqqal saxlamaq xüsusi diqqət tələb edir. İlk öncə gigiyenik olmalıdır. Eyni zamanda səliqə səhman da mütləqdir. Əksər dəri təraş edildikdə, qırmızı səpkilərlə dolu olur. Bəzən itihablı sızanaqlar da peyda olur. Saqqal saxlayanlar da bu cür reaksiyalarla üzləşə bilir.
Təmizlik olmadığı təqdirdə tüklərin dibi göbələk və bakteriya yuvasına çevrilir. Allergiyadan əziyyət çəkənlər üzlərini sevsə də, sevməsə də mütəmadi təraş etməlidirlər.

 

 

Saqqal havada gəzişən toz hissəciklərini dəridən uzaqlaşdırıraq, bir növ dəri ilə ətraf mühit arasında qalxan rolu oynayır. Təmizlik üçün saqqal daimi daranmalı və xüsusi yağlar çəkilməlidir. Saqqal və bığ üz nahiyəsini kəskin havanın mənfi təsirindən də qoruyur. Bir çox insanlar saqqal saxlanmasında ehtiyat edirlər və üzdə tük dönməsinə səbəb olacağından narahat olurlar. Bu proses bir patalogiyadır və üzdə yaranması qeyri-mümkündür. Təmiz və daimi normal uzunluqda saxlandığı müddətdə saqqalın üz dərisinə heç bir ziyanı yoxdur.

 

 
 Saqqal insanın üzünü günəşin zərərli  ultra-bənövşəyi şüalarından qoruyur və dəri xərçəngi riskini azaldır.
Saqqal zərərli şüaların 95%-nin qarşısını alır. Buna görə də dəri daha az şüaya məruz qalır və xərçəng riski azalır.

 

 

Ayna Məmmdəva Medicina.az

 
SAQQAL SAXLAMAQ: DƏB, YOXSA FAYDALI?  – Xərçəngdən qoruyur
SAQQAL SAXLAMAQ: DƏB, YOXSA FAYDALI?  – Xərçəngdən qoruyur
SAQQAL SAXLAMAQ: DƏB, YOXSA FAYDALI?  – Xərçəngdən qoruyur