Bölgələrdəki xəstəxanaları seçən uzman həkimlərin sayı artır.
"Medicina" xəbər verir ki, uzman həkim Əli Dadaşov Samux xəstəxanasında Şüa-diaqnostika şöbəsinin həkimi kimi fəaliyyətə başlayıb.
O, 5 yanvar 1984-cü ildə Bakı şəhərində anadan olub. 2000-2006-cı illərdə Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsində ali təhsil alıb. 2
011-2013-cü illərdə təhsilini Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində Gülhanə Hərbi Tibb Akademiyasında İnvaziv radiologiya ixtisası üzrə davam etdirib. 2013-2018-ci illərdə isə Türkiyənin Sağlık Bilimləri Universitetində uzmanlıq təhsili alıb. 2018-2022-ci illərdə Gəncədəki özəl xəstəxanaların birində həkim-radioloq vəzifəsində çalışıb.
Həkim Avropa Radioloqlar Cəmiyyəti, Türk Radioloji Dərnəyinin üzvü və regional nümayəndəsidir.