Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Şampuna soda qatsanız – Saçlarınızın xilası

  • 2018.04.25 17:15
  • 27587 Baxış
Şampuna soda qatsanız –  Saçlarınızın xilası
Qida sodasının insan bədəninə müalicəvi təsiri barədə çox yazılıb.  Soda zəif, qırılan, tökülən, yağlı və kəpəkli saçların da xilaskarı ola bilər. Əgər sodalı şampunla 1-2 ay saçınızı yusanız, saçlarınızı tanımayacaqsız.


Medicina.az  təbii, müalicəvi sodalı şampunun reseptini təqdim edir. 


Əgər təbii şampununuz varsa, şampunun içinə 2-3çay  qaşığı çay sodası qatıb çalxalayaraq, o şampunla saçlarınızı yuyun. 


Özünüz şampun düəzltmək üçün: 1 çay qaşığı sodanı 3 xörək qaşığı suda qarışdırıb, nəm saşların dibinə yayıb saç uclarına doğru yaya bilərsiz. Miqdar saçın uzunluğundan asılı olaraq dəyişir. Şampun saçda 2 dəqiqə saxlanılıb yuyulur. Saçlarında şampun köpüklənməsinə öyrəşmiş insana bu bir qədər qəribə gələcək, amma müntəzəm etdikdə siz buna alışacaqsız.  Bu şampunla yuduqdan sonra mütləq saçları balzamla yaxalayın.