ÜST tərəfindən həyata keçirilən “PROACT-Care” layihəsi çərçivəsndə ilkin səhiyyə xidmətlərini daha əlçatan etmək və Şamaxının xüsusi ehtiyacı olan kəndlərində fəaliyyət göstərmək üçün üç ədəd səyyar sağlamlıq klinikası (mobil klinika) və iki ədəd yüksək kecid qabiliyyətinə malik avtomobil rayona gətirilərək TƏBİB-ə təhvil verilib.
Medicina.az xəbər verir ki, bu barədə ÜST-ün Azərbaycandakı nümayəndəliyi məlumat yayıb.
Bildirilib ki, səyyar klinikar vasitəsilə bu ərazilərdə qeyri-infeksiyon xəstəliklərin vaxtında diaqnozu və nəzarətdə saxlanılması, daha yaxşı ana və uşaq sağlamlığı və infeksiyaların profilaktikası və nəzarəti xidmətlərinin göstərilməsi mümkün olacaq.
Qeyd edək ki, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi, Böyük Britaniyanın Bakıdakı Səfirliyi və UHC-Əməkdaşlıq Təşəbbüsünün (ÜST-nin tərəfdaşları ilə ortaq layihəsi) maliyyə dəstəyi ilə icra olunan layihənin məqsədi Şamaxı rayonunda əlçatan, keyfiyyətli, hərtərəfli ilkin səhiyyə xidməti modeli yaratmaqdır.
Layihə, eyni zamanda, icmaların daha sağlam həyat sürmələrini və öz sağlamlıqlarına qayğı göstərmələrini dəstəkləyəcək.