Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Şamaxıda qaraciyərində exinokokk qurdları olan qadın əməliyyat edildi

  • 2023.06.22 16:33
  • 1356 Baxış
Şamaxıda  qaraciyərində exinokokk qurdları olan qadın  əməliyyat edildi
Şamaxı Rayon Mərkəzi Xəstəxanasında qaraciyər sistlərinin açıq exnikkokektomiyası əməliyyatı icra edilib.


"Medicina" xəbər verir ki, əməliyyat Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant, cərrah Elmir Məmmədov tərəfindən həyata keçirilib.

Belə ki, 41 yaşlı qadın sağ qabırğaltı nahiyədə ağrı və ağırlıq hissi, ürəkbulanma şikayətləri ilə xəstəxanaya yerləşdirilib.

Aparılan müayinələrlə (Abdominal USM, qaraciyrər-öd yollarının kontrastlı MRT-si) xəstəyə "Exnikkokoz, Qaraciyərin VI və VIII seqmentlərinin paraenximdaxili exnikkok sistləri" diaqnozu qoyulub.

Xəstə qaraciyər sistlərinin açıq exnikkokektomiyası əməliyyatı olunub. Hazırda vəziyyəti stabildir.

Aygün Musayeva