İyulun 11-də Salyan rayonunun Qarabağlı kəndində qadın özünü ocağa ataraq yandırıb.
Medicina.az xəbər verir ki, 1962-ci il təvəllüdlü Əsədova Mədinə Hənifə qızı vəziyyəti ağır olduğu üçün Bakıya gətirilib.
O, bu gün səhər saat 5 radələrində Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Niyə dövlət qurumları,rəhbərlik susub? Niyə dövlət bu intiharların səbəbləri ilə maraqlanıb əhalinin güzəranında dəyişiklik etmək fikrində deyil? Biz hansı quruluşda yaşayırıq?