Salyan rayonunda pnevmaniyaya yoluxan körpə ölüb.
Medicina.az xəbər verir ki, Salyan şəhər sakini 2023-cü il təvəllüdlü Sadıqov Hüseyn Arif oğlu bu gün səhər saatlarında Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, azyaşlı uşaq dəqiqləşdirilməmiş bronxit-pnevmaniyadan dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.