Salyanda iki azyaşlı qardaş su arxında boğulub.
Medicina.az xəbər verir ki, apa-nın məlumatına görə, hadisə Salyan rayonunun Peyk kəndi ərazisində qeydə alınıb.
Valideyn nəzarətindən yayınan 2016-cı il təvəllüdlü Nahid Rahin oğlu İsmayılov və qardaşı, 2017-ci il təvəllüdlü Nail Rahin oğlu İsmayılov evlərinin yaxınlığından keçən su arxına düşərək, boğulublar.