Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Salyan xəstəxanasında bir gündə iki ölüm hadisəsi

  • 2023.07.06 11:30
  • 1291 Baxış
Salyan xəstəxanasında  bir gündə iki ölüm hadisəsi
Salyan Rayon Mərkəzi Xəstəxanasına gətirilən hamilə qadın ölü uşaq dünyaya gətirib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Kürqaraqaşlı kənd sakini olan 26 yaşlı A.A. 22 həftəlik hamiləliklə xəstəxanaya daxil olub. Bir qədər sonra o, ölü uşaq doğub.


Bundan başqa, Salyan RMX-yə böyrək çatışmazlığı diaqnozu ilə daxil olan 40 yaşlı C.Abbasova da tibbi müdaxiləyə baxmayaraq, vəfat edib.

Hər iki faktla bağlı araşdırma aparılır.