Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Salmonella təhlükəsi - Necə qorunmaq olar?

  • 2024.07.18 21:45
  • 1040 Baxış
Salmonella təhlükəsi -  Necə qorunmaq olar?
Salmonella adətən qida və ya su ilə yoluxur.

Salmonellaya yoluxmaq təkcə mədə-bağırsaq sisteminin deyil, bəzi hallarda digər orqan və sistemlərin zədələnməsi ilə nəticələnir.

Medicina.az xəbər verir ki, bu barədə allerqoloq-immunoloq Mariya Polner “İzvestiya”ya bildirib.

O, salmonella baxımından ən təhlükəli qidaların ət, süd məhsulları, yumurta və tort kremləri olduğunu deyib.

Onun sözlərinə görə, yoluxma həmçinin heyvanlarla və çirklənmiş əşyalarla təmas vasitəsilə də baş verə bilər.

Həkim son vaxtlar bu xəstəliyin bütün dünyada geniş yayıldığını xatırladıb:

“Salmonella gün keçdikcə antibakterial dərmanlarla müalicəyə daha az həssas olur və antibitoklərə qarşı davamlı hala gəlir. İnfeksiya sürətlə inkişaf edir. Bədənə daxil olduqdan sonra inkubasiya dövrü bir neçə saatdan bir neçə günə qədərdir. Xəstəliyin gedişi yüngül, orta və ağır ola bilər”.

O, xəstəliyin əsas əılamətlərinin qızdırma, ishal və dehidrasiya olduğunu bildirib:

“Hər hansı bir əlamət varsa, dərhal həkimə müraciət etmək lazımdır. Beləliklə, diaqnoz qoyulacaq və müvafiq müalicə təyin ediləcək. Buraya adətən çoxlu maye içmək və ya mədə yuyulması, pəhriz, antibakterial terapiya və susuzlaşmanın qarşısının alınması daxildir. Yüngül hallarda, xəstəliyin müalicəsi evdə aparıla bilər, daha ağır hallarda xəstəxanaya yerləşdirmə tələb olunur”.

Mütəxəssis salmonellaya yoluxmamaq üçün məhsulları düzgün temperaturda saxlamağı; yeməkdən əvvəl yumurta və tərəvəzləri yaxşıca yumağı; ət məhsullarının dəydiyi qabların, bıçaq və doğrama taxtasının yuyulmasını; mütəmadi olaraq əlləri yaxşıca yumağı tövsiyə edib.


Aysel