Jurnalist Ceyhun Əsgərov yenidən öləcəyi ilə bağlı status paylaşıb.
"Medicina" xəbər verir ki, onun evinə təcili yardım göndərilib.
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilovanın Lent.az-a verdiyi məlumata görə, o. həkim yardımından imtina edir.
"Biz bu gün onun Mərdəkandakı evinə təcili tibbi yardım briqadası göndərmişik və hazırda həkimlərimiz ona yardım göstərməyə çalışırlar, lakin o, imtina edir. Biz təcili yardım briqadasının həkimilə danışdıq. İstəyirik ki, ora polislərin müşaiyəti ilə psixobriqada göndərək, yerində yardım olunsun və dispanserə yatıraq.
Onun intensiv həkim nəzarəti altında müalicə almasına ehtiyac var. Dəfələrlə onu yerləşdirmişik, müalicə alıb, amma kursu davam etdirmədiyinə görə, xəstəliyindən sağala bilmir."
Ceyhun Əsgərovun alkoqolizm xəstəliyindən əziyyət çəkdiyi bildirilir.