Tanınmış jurnalist, Milli Qəhrəman Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərovun ötən gün halı pisləşib və təcili yardımla Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə çatdırılıb.
Medicina.az xəbər verir ki, bu barədə Musavat.com məlumat yayıb.
Bildirilib ki, jurnalist zəhərləndiyi üçün xəstəxanada ona tibbi yardım göstərilir.
Növbətçi həkim Könül Əzizovanın sözlərinə görə, xəstəyə dərhal sistem qoşulub və vəziyyəti stabilləşib. Ceyhun Əsgərov isə durumunun nisbətən düzəldiyini və sistemdən sonra açıqlama verə biləcəyini söyləyib. Onun bu gün evə buraxılacağı gözlənilir.
Qeyd edək ki, C. Əsgərov sosial şəbəkələrdə status və səs yazısı paylaşaraq səhhətinin ağır olduğunu, ölüm təhlükəsi ilə üz-üzə qaldığını bildirmişdi.
Xatırladaq ki, daha əvvəl də jurnalist feysbuk hesabında səhhətində problemlərin olması ilə bağlı narahatlıq doğuran paylaşımlar edib və xəstəxanada müalicə alıb.
Məlumat üçün bildirək k ki, Ceyhun Əsgərov jurnalistlik fəaliyyətinə ANS-də başlayıb və xeyli müddət bu kanalda çalışıb. Daha sonra digər mətbu orqanlarda və Əmlak Məsələləri Dövlət Xidmətində mətbuat katibi işləyib.