Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Salat və hazır yeməklərdən kütləvi zəhərlənmə

  • 2025.01.09 21:58
  • 369 Baxış
 Salat və hazır yeməklərdən kütləvi zəhərlənmə

Permdə un məmulatı bişirən müəssisə şəbəkəsində sanitar normaların pozulması səbəbindən kütləvi qida zəhərlənməsi olub.


“Medicina” xəbər verir ki, 29-30 dekabr 2024-cü il tarixlərində Perm şəhərinin qida sexlərindən birinin hazırladığı hazır qidalardan, salatlardan çoxsaylı şikayətlər və xəstəxanaya müraciətlər daxil olub.

“Xlebniça” çörəkbişirmə sexinin məhsullarını yeyənlərdə salmonelleza bakteriyası aşkarlanıb.

Müəssisədə ciddi şəkildə texnoloji və sanitar təhlükəsizliyin pozulduğu aşkarlandığı şəhərin 3 nöqtəsində olan satış yerləri və sexlər 30 sutkalıq bağlanıb.

Zəhərlənənlərin dəqiq sayı məlum deyil. Hadisə ilə bağlı cinayət işi başlanılıb.

Aygün Musayeva