Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sağlamlıq imkanları məhdud uşaqların müalicəsində YENİLİK

  • 2018.05.11 10:13
  • 10598 Baxış
Sağlamlıq imkanları məhdud uşaqların müalicəsində  YENİLİK

Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların müalicəsində sanatoriya-kurort şəraitində yeni üsullar tətbiq olunacaq.


Medicina.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin 2018-ci il 10 may tarixli sərəncamı ilə təsdiq edilmiş "Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018-2020-ci illər üçün Milli Fəaliyyət Planı"nın həyata keçirilməsi üzrə tədbirlər planında deyilir.


Tədbirlər planına əsasən, Səhiyyə və Kənd Təsərrüfatı nazirlikləri kənd təsərrüfatı sahəsində çalışan fertil yaş dövründəki (15-49 yaş) qadınlar arasında kimyəvi maddələrin (pestisidlər və aqrokimyəvi maddələr, tütün tüstüsü, spirtli içkilər və s.) hamiləliyə və gələcəkdə doğulacaq uşağın sağlamlığına təsirləri ilə bağlı mütəmadi maarifləndirmə işi aparacaqlar.


Həmçinin Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri tərəfindən 2018-2019-cu illərdə sağlamlıq imkanları məhdud olan uşaqların müalicəsində sanatoriya-kurort şəraitində yeni müalicə üsullar tətbiq olunacaq.


Bundan başqa, ölkədə neonatal ürək-damar cərrahiyyəsi və neyrocərrahiyyə xidmətlərinin təkmilləşdirilməsi və tətbiqi sahəsi genişləndiriləcək, geniş yayılmış irsi metabolik və hormonal pozuntuların aşkar edilməsi üçün mərkəzləşdirilmiş laborator diaqnostika imkanları yaradılacaq, antenatal və neonatal dövrlərdə sağlamlıq imkanları məhdudluğunun erkən aşkarlanması məqsədilə koqnitiv, ünsiyyət, hərəkət, eşitmə, görmə patologiyaları, habelə ciddi əlilliyə səbəb olan və tez-tez rast gəlinən digər anadangəlmə qüsurların müayinəsi üçün vahid diaqnostika metodları geniş tətbiq ediləcək.