Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sağlam və xəstə uşağı 1 dəqiqəyə ayırd etmək üsulu - Ana-balanın “göz yumdu” oyunu/Pediatr AÇIQLADI

  • 2017.11.08 15:22
  • 23932 Baxış
Sağlam və xəstə uşağı 1 dəqiqəyə ayırd etmək üsulu -  Ana-balanın “göz yumdu” oyunu/Pediatr AÇIQLADI
Körpələr bir yaşına çatdıqdan sonra onlara maraqlı gələn məşğuliyyətlərdən biri də anaları ilə oynamaqdır. 


Ana və körpənin ilk oyunlarından biri məhz "Göz yumdu” oyunudur. Ana əliylə ya da bir örtüklə üzünü örtür, sonra körpənin adını deyir və tez üzünü açır. Körpə anasını diqqətli və həyəcanlı şəkildə izləyir, hərəkətin davamını gözləyir və adı deyilən kimi də qəhqəhələrlə gülməyə başlayır. Bu oyun körpənin inkişafı üçün önəmli ipucları verir. 


Əgər körpəniz oyun oynayarkən sizi izləmirsə, reaksiya vermirsə, bu, xəstəliyin başlanğıcı ola bilər.


Medicina.az xəbər verir ki, pediatr-neonatoloq Altay Abdullaoğlunun sözlərinə görə, bu oyunda, autizm baxımından diqqət ediləcək nöqtələr var. 


"Göz yumdu oyunu autizm xəstəliyinin erkən diaqnozu üçün çox əhəmiyyətli fürsətdir. İlkin olaraq, oyuna həqiqətən böyük bir sevinclə qatılmaq lazımdır. Ana əllərini körpəsi ilə ikisinin arasında tutur və körpənin adını deyib tez əllərini aşağı endirərək körpənin sevdiyi bir hərəkəti edir. Sonrakı mərhələdə, örtük uşaq ilə ana arasındaykən ana gözləyir. Oyunun pik nöqtəsi isə burdadır. Sağlam bir uşağın reaksiyası isə oyunu davam etdirmək üçün çalışması olmalıdır. Bunun üçün uşaq sizə baxa bilər, səslər çıxara bilər, örtünü endirmək istəyə bilər”, - deyə A.Abdullaoğlu bildirib.


Bundan başqa pediatr oyun əsnasında uşağın həqiqətən əylənməsi, əyləndiyini ana və ataya bəlli etməsi, oyunun davamı üçün səy göstərməsinin vacib nüans olduğunu qeyd edib: "Bütün bunları edərkən də göz təması, üz ifadəsi, səs çıxarma kimi davranışları bir arada istifadə edilməsi gözləniləndir. Körpə bütün bunları etmirsə, bir həkimə danışmaq mütləq önəmlidir”.