Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sağlam uşağımı böyrək əməliyyatına salırdılar – Pediatrla uroloqun səhv müalicəsindən pasiyent şikayəti

  • 2018.06.25 17:23
  • 50065 Baxış
Sağlam uşağımı böyrək əməliyyatına salırdılar –  Pediatrla uroloqun səhv müalicəsindən pasiyent şikayəti
Medicina.az saytına daha bir pasiyent şikayəti daxil olub. İradə Əliyeva adlı vətəndaş nəvəsinin səhhəti ilə bağlı həkim səhlənkarlığı və yanlış müalicədən gileylənib. Həmin müraciəti təqdim edirik:


" Mən və ailəmin başına gələnləri paylaşıram ki, digər valideynlər və uşaqlar bizim kimi əzab çəkməsin. Bizim 2 yaşlı körpəmiz 3 gün idi ki, qızdırması var idi. Biz pediatr Larisa Kuzinanı evə çağırdıq. Özəl klinikada çalışır, evə çağırışla da gəlir. Həkim uşağa baxıb, analizsiz-falansız, antibiotik və çoxlu dərmanlar yazdı. 


Uşaqda anadangəlmə böyrək ləyəni geniş olduğundan 6 günlük nəticəsiz müalicədən sonra Larisa bizi təcili uroloq Eldar Hüseynovun yanına göndərir. 

Orda uşağa kateter salıb, qan və sidik analizi götürdülər, analizlər təmiz çıxdı. Lakin Eldar həkim kateteri saxlatdırdı, dedi əgər hərarət düşməsə əməliyyat edəcəyik. Mənim " niyə, axı leykosit və eritrosirlər yüksəlməyib, nədən əməliyyat” sualıma cavab vermədi. Uşağı rentgenə göndərdi, hansı ki, Univermağın yanındakı Uroloji xəstəxanada dədə-baba qaydası ilə edirdilər.

 

2 yaşlı körpəyə çox bahalı dərman yazmışdı, ertəsi gün onu ləğv etdi, antibiotklər təyin etdi. Həmin həkim günə 4 əməliyyat edir. Onun tibb bacısı Təranə xanım adlı biri bütün bu işləri təşkil edir və xəstələri əməliyyata sürükləyir. Mən onlara inanmadım və Neftçilər xəstəxanasına Asif həkimin qəbuluna getdim. Onlar baxdılar və savadlı şəkildə izahat verdilər, məlum oldu ki, uşaq sağlamdır, əməliyyata ehtiyac yoxdur, kateter belə nahaq salınıb. Bundan sonra Larisaya zəng edib bu məlumatı verdim, o isə məni yalançılıqda ittiham edib, öz həkiminin doğru olduğunu bildirdi. Axşam uşağın qızdırması 39,5- ə çatdı, mən ona zəng edirəm, o isə telefonu götürmədi. Qeyd edim ki, ona 50 AZN ödəniş etmişdik. Onun müalicəsi dövründə 8 gün ərzində temrepatur düşmədi.

 

Uşağı başqa pediatra apardıq, o cəmi 1 dərman yazdı və o da dedi ki, uşağın böyrəkləri təmizdir, kateteri təcili çıxarmaq lazımdır. 

İndi yenidən analiz vermişik. Kateterlə uşağa zərərdən başqa bir şey vermədilər. 


Mən bilmirəm bu həkimlərlə necə edim? 9 günlük əziyyət, yuxusuz gecə, əsəb və pul itkisi… Nəticə.. Hamısı bu savadsız Larisa Kuzina və Eldar Hüseynovun təqsiri üzündən. Onları Allaha tapşırmaqdan başqa bilmirəm nə deyim? Uşaqları səhv müalicə etməyinizə görə O sizi cəzalandırsın”.


Həkimlərin münasibət və fikrini dərc etməyə hazırıq. 

Medicina.az